Venesuela prezidenti Nikolas Maduro bildirib ki, “X” sosial şəbəkəsi (keçmiş Twitter) ölkədə dəfələrlə qanunları pozub və bu səbəbdən onun ölkədəki fəaliyyəti 10 gün müddətinə dayandırılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Maduro sosial şəbəkənin nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalılar arasında qarşıdurma qızışdırdığını, həmçinin Venesuelanın bütün qanunlarını pozduğunu vurğulayıb.
O, əlavə edib ki, Milli Telekommunikasiya Komissiyasının (Conatel) təklifini imzalayıb, o, sosial şəbəkənin Venesuelada fəaliyyətini 10 gün müddətinə kəsmək qərarına gəlib.