AZ

Digər ölkələrÇilidə təyyarə qəzasında yeddi nəfər ölüb

Çilinin cənubunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və altı sərnişin ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

"Saat 15:00-da (Bakı vaxtı ilə saat 22:00-da) Vilya-Cerro-Kastillo yaşayış məntəqəsinin yaxınlığında yerləşən Los-Orketas sektorunda “Transportes Aereos San Rafael” şirkətinin səhər saatlarında əlaqəsinin kəsildiyi “Piper Navajo” təyyarəsini tapmaq mümkün olub. Bu kədərli hadisə nəticəsində pilot və altı sərnişin ölüb", - xəbərdə deyilir.

Rəhbərlik baş verənlərin səbəblərini müəyyənləşdirmək üçün əraziyə mütəxəssislər göndərib. “Biobio” radiostansiyasının məlumatına görə, faciə zamanı dağlıq bölgədə əlverişsiz iqlim şəraiti mövcud olub. Təyyarə Aysen Koyayke bölgəsinin paytaxtından Argentina ilə sərhəddə yerləşən Çile-Çiko şəhərinə uçurmuş.

Seçilən
145
3
far.az

10Mənbələr