AZ

Britaniya şahzadələri arasında miras GƏRGİNLİYİ

Şahzadə Uilyam və Harri arasındakı münasibətlər mirasın qeyri-bərabər paylanması səbəbindən gərginləşib.

Bizim.Media xəbər verir ki, bu barədə “In Touch” nəşri məlumat yayıb .

Belə ki, mərhum kraliça II Elizabetin anası və Harrinin ulu nənəsi Kraliça Elizabet ailəsi üçün etimad fonduna 90 milyon dollar qoyub. Mirasın şərtlərindən birinə görə, Şahzadə Harri 40 yaşı tamam olanda öz payına sahib olmalıdır.

KİV-in məlumatına görə, Sasseks hersoqu vergilər çıxılmazdan əvvəl təxminən 8,5 milyon dollar alacaq. Beləliklə, o, kral ailəsindəki maliyyə tənzimləmələri sayəsində böyük qardaşı Uilyamdan daha çox miras payı alacaq.

Bu vəziyyət Uilyamın narazılığına səbəb olub. Nəşrin insayder mənbəsi qeyd edib ki, Uilyam qardaşının bu mirasa layiq olmadığını düşünür.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
bizim.media

5Mənbələr