AZ

Əlcəzair İsrailin Qəzzada məktəbə hücumu ilə bağlı BMT TŞ-nin iclasının çağırılmasını istəyib

Əlcəzair İsrailin Qəzza zolağında 100-dən çox insanın ölümünə səbəb olan Əl-Təbiyin məktəbinə endirdiyi zərbə ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün müraciət edib.

APA xəbər verir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.

Qeyd edək ki, avqustun 10-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərindəki Əl-Təbiyin məktəbinə zərbələr endirib.

Endirilən aviazərbələr 100-dən çox mülki şəxsin həlak olmasına səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
13
apa.az

10Mənbələr