AZ

1700-ə yaxın namizəd PMS imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 11-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 1677 nəfər qeydiyyatdan keçib.

 

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq.

 

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

 

-şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

 

-imtahana buraxılış vərəqəsi.

 

İmtahan 3 saat davam edəcək və namizədə seçdiyi PMS növünə aid qanunvericilik üzrə 40 test tapşırığı veriləcək.

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 153 nəzarətçi, 22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
12
azedu.az

10Mənbələr