AZ

Tramp Harrisi oğurluqda ittiham etdi

2024-cü il seçki yarışında yenidən namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp rəqibi Kamala Harrisi ideya oğurluğunda ittiham edib.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, Tramp bunu Harrisin seçkilərdə qələbəsi zamanı bəxşiş vergisini ləğv edəcəyini vəd etməsindən sonra deyib.

“Kamala Harris sadəcə olaraq mənim təklifimi köçürüb. Fərq ondadır ki, o bunu etməyəcək, sadəcə siyasi səbəblərə görə deyir. Bu, mənim ideyam idi, onun isə heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər”, – Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Harrisdən əvvəl məhz Tramp bəxşiş vergisinin ləğvi təklifi ilə çıxış edib.

Seçilən
177
50
medianews.az

10Mənbələr