AZ

"Serbiyadakı etiraz aksiyası demokratik şəraitdə keçib" - Vuçiç

Serbiya təhlükəsizlik qüvvələrinin nümayəndələri hər bir Qərb ölkəsində olduğu kimi etiraz aksiyası zamanı bütün tapşırıqlarını zorakılıq tətbiq etmədən yerinə yetirərək peşəkarlıq və səbir nümayiş etdiriblər.

“Report” xəbər verir ki, bu fikri Serbiya Prezidenti Aleksandar Vuçiç Baş nazirin müavini, daxili işlər naziri İvitsa Daçiçlə keçirdiyi mətbuat konfransında deyib.

“Etirazın özü demokratik şəraitdə keçib, bu, bizim ölkə üçün çox vacibdir, hər şey demokratik ölkələrdə və sistemlərdə olması lazım olduğu kimi idi”, – o qeyd edib.

Serbiya lideri əlavə edib ki, dəmir yolu kommunikasiyalarının və beynəlxalq magistralın bir hissəsinin bağlanması insidentləri “azlığın çoxluğa qarşı zorakılıq və terror həyata keçirməsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
10
azpolitika.info

10Mənbələr