AZ

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Maqomedxan Maqomedovu təbrik edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə AGF prezidenti sosial şəbəkədə yazıb.
 
\"Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, – o qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
19
azxeber.com

10Mənbələr