Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Yeni Gəncə Qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2004-cu il təvəllüdlü Asiman Əlizadə, 2005-ci il təvəllüdlü Vüqar Əliyev və Aydın İsmixanov, 1992-ci il təvəllüdlü Elcan Babayev, 1994-cü il təvəllüdlü İntiqam Tanrıquliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.