İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə özünün “X” hesabında paylaşım edib.
İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də sabiq xarici işlər nazirini strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.
Zərif Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.
O, paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.
Qeyd edək ki, Cavad Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub.