AZ

Tramp İlon Maska müsahibə verəcək

Amerikalı milyarder İlon Mask öz sosial şəbəkəsində Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampdan müsahibə alacaq, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Müsahibə Bakı vaxtı ilə 13 avqust saat 05:00-da keçiriləcək və Trampın rəsmi “X” hesabında canlı rejimdə yayımlanacaq. Qeyd edək ki, Trampın hesabına giriş Maskın “X” sosial şəbəkəsini aldıqdan bir ay sonra bərpa edilib.

İyul ayında Bayden prezident yarışından geri çəkilib. Nəticədə, Demokratlar Partiyasından əsas namizəd Kamala Harris olub. Avqustun 6-da Harris partiya nümayəndələrinin 99%-nin dəstəyini qazanıb və rəsmi olaraq namizəd kimi irəli sürülüb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Əsas rəqiblər Harris və Trampdır.

Seçilən
92
50
banker.az

10Mənbələr