AZ

"iPhone SE 4" haqqında yeni detallar açıqlandı

2025-ci ilin əvvəlində bazara çıxacaq növbəti "iPhone SE" "Apple Intelligence" xüsusiyyətlərinə sahib olacaq. Bu o deməkdir ki, "Apple"ın ən ucuz telefonunu əldə etmək ona olan yüksək tələbat səbəbindən daha çətinləşə bilər. 

Valyuta.az xəbər verir ki, "Bloomberg"in jurnalisti Mark Qurmana istinadən "The Verge" məlumat yayıb.

İndiyədək "iPhone SE" köhnəlmiş forma faktorunda güclü "iPhone" təklif edən "Apple"ın büdcə seçimi kimi tanınırdı. Bununla belə, şayiələr göstərir ki, növbəti SE "iPhone 14"ə əsaslanacaq, "iPhone 8" üslublu çənə və ev düyməsini tərk edəcək və ehtimal ki, 6,1 düymlük OLED ekrana sahib olacaq.

Qeyd edək ki, "Apple"ın daxili süni intellekt xüsusiyyətləri "iPhone 15"də güc çatışmazlığı səbəbindən işləyə bilməz. Beləliklə, növbəti "iPhone SE"nin güclü və müasir cihaz olacağı barədə şayiələr yayılır.

Tezliklə elan ediləcək "iPhone 16"nın "iPhone SE"də olmayan "15 Pro"nun ikili kamerası və güc düyməsi kimi üstünlüklərini qoruyub saxlaması gözlənilir.

Paşa Məmmədli

Seçilən
126
50
valyuta.az

10Mənbələr