AZ

Londonda daha bir uşaq bıçaqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniya paytaxtının mərkəzindəki Lester meydanında baş verən hücum zamanı 11 yaşlı qız və 34 yaşlı qadın bıçaqlanıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, London polisinin verdiyi məlumata görə, hücum edən şəxs hadisə yerində saxlanılaraq nəzarətə götürülüb.
Onun kimliyi ilə bağlı hələlik məlumat yoxdur.
Bildirilir ki, yaralı qızın xəstəxanada müalicəsi tələb olunur, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, bir müddət öncə ölkədə oxşar bıçaqlı hücum zamanı üç qız öldürülüb, daha səkkiz uşaq və iki yaşlı şəxs yaralanıb. Hadisə Britaniyada kütləvi etirazlara səbəb olub.
Seçilən
220
50
oxu.az

10Mənbələr