AZ

 ABŞ bu məsələdə Türkiyədən yardım istədi

Bir neçə müddətdir gərginləşən İran-İsrail münasibətləri zəminində ABŞnin Türkiyədən yardım istədiyi iddia olunub.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.

Məlumatda, ABŞnin Türkiyənin İranı Yaxın Şərqdə artan gərginliyi azaltmağa razı salmasını istədiyi qeyd olunub.

Qeyd edək ki, ABŞnin Türkiyədəki səfiri Ceff Flake İstanbulda jurnalistlərlə görüşündə "Biz İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik, Türkiyə də bu ölkələr arasındadır", -deyə bildirib.

Zərifə Nağıyeva 

Seçilən
195
13
unikal.az

10Mənbələr