AZ

Neftçalada faciəvi şəkildə ölən şəxs iş adamı imiş -

Neftçala rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, intihar edən şəxs - 1971-ci il təvəllüdlü Hüseynov Azər Mahmud oğlu uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.Qeyd edək ki, o, paltar lifindən hazırladığı vasitə ilə gecə saat 4 radələrində həyatına qəsd edib. Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığı məlumata görə, Azər Hüseynov 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinirmiş.

“1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır”, - deyə DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığı məlumatda bildirilir.

Seçilən
490
42
metbuat.az

10Mənbələr