AZ

İdarə etmədiyi avtomobilə görə bir ayda 2-3 dəfə cərimələnir - "Əməlli-başlı bezmişəm"VİDEO

Bakı sakini Xuraman Əkbərova idarə etmədiyi avtomobilə görə onun ünvanına cərimə protokolu gəlir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Xuraman Əkbərova özü deyir.

O bildirir ki, sürət həddinin aşılmasına görə ayda ən azı 2-3 dəfə elektron qaydada cərimə edilir. Həmin cərimə protokolları isə onun sahibi olduğu maşına deyil, başqa avtomobilə yazılanlardır.

O, bu barədə dəfələrlə aidiyyəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə yazılı müraciət etdiyini deyir. Xuraman Əkbərovanı narahat edən başqa bir məsələ həmin sürücünün törədə biləcəyi ağır hadisələrdir. 

Sürücü iddia edir ki, hazırda başqa sürücünün törətdiyi inzibati xətanın iki elektron protokolu ona tərtib edilib. Sürücünün üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. 

İdarənin əməkdaşı Mübariz Ağayev dedi ki,''Mercedes”ə tərtib olunmalı olan cərimənin “Ford”a yazılması texniki səhvdir. Bununla bağlı müraciətə reaksiya verildi. Dərhal yanlışlıq aradan qaldırıldı. “Mercedes” markalı avtomobilin nömrəsindəki nasazlığa görə həmin avtomobil axtarışa verildi''.

Mübariz Ağayev onu da əlavə etdi ki, bütün sürücülər avtomobilin dövlət nömrə nişanına vaxtaşırı nəzarət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
171
50
xezerxeber.az

10Mənbələr