Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Demokrat.az xəbər verir ki, müraciətdə deyilir ki, yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
referans.azDYP müraciət yaydı ( 9792862)
-
olaylar.azDYP-dən hərəkət iştirakçılarına müraciət ( 9792710)
-
elchi.azDYP hərəkət iştirakçılarına müraciət edib ( 9792425)
-
demokrat.azDYP hərəkət iştirakçılarına müraciət edib ( 9791837)
-
qaynarinfo.azDYP sürücülərə müraciət etdi ( 9790874)
-
news365.azDYP hərəkət iştirakçılarına müraciət etdi ( 9790754)
-
ednews.netDYP hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ ( 9790391)
-
adalet.azDYP-dən sürücülərə müraciət ( 9790277)
-
milli.azDYP-dən hərəkət iştirakçılarına müraciət ( 9790106)
-
konkret.azDYP hərəkət iştirakçılarına müraciət etdi ( 9790046)