AZ

“Heç vaxt sülh olmayacaq, Paşinyan blef edir” - Abramyan

Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədi sülh deyil.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Siyasətçi Ermənistan rəhbərinin sülh məsələsi üzərindən siyasi məqsədləri üçün imitasiya etdiyini iddia edir:

"Hakimiyyətin təbliğatının əsasını seçki (2026-cı ildə keçiriləcək - red.) məntiqi təşkil edir, bu məqsədlə də insanları sülhün olacağına inandırmağa çalışırlar", - deputat bildirib.

Abramyanın fikrincə, hakim "Vətəndaş Müqaviləsi" Partiyası nə qədər təbliğat aparsa da, sülhlə bağlı verdiyi mesajlar imitasiyadır: "Hakimiyyət buna (siyasi məqsədlərinə) nail olmaq üçün blef edəcək".

Deputatın iddiasına görə, Paşinyan hakimiyyətdə olduğu müddətdə heç vaxt sülh olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
137
2
olaylar.az

10Mənbələr