AZ

Baş prokuror Yasamalda qəbul keçirib

Avqustun 13-də baş prokuror Kamran Əliyev Yasamal Rayon Prokurorluğunda bu rayonun və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda 49 vətəndaş iştirak edib. Onların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib. Eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub.

XQ

 

Seçilən
118
49
xalqqazeti.az

10Mənbələr