Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.
NOCOMMENT.az bildirir ki, bu barədə Report məlumat yayıb.
Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.
Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.