Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub.
Bakupost.az xəbər verir ki, 1982-ci il təvəllüdlü X.Muradov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə onun iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı.
Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.