Bakı, TurkicWorld
Türkiyə sərhəddini qanunsuz keçməyə cəhd edən 5 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Türkiyədən Yunanıstana, Suriyadan isə ölkəmizə qanunsuz keçməyə cəhd edən 5 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb.” – deyə paylaşımda qeyd edilib.
Bildirilib ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən ikisinin FETÖ, birinin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Hafiz Rufizoğlu