Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyev sakinlərlə növbəti görüşünü keçirib.
"Unikal" xəbər verir ki, görüşdə çıxış edənlər seçiciləri Ağalar Vəliyevə səs verməyə çağırıb.
Qeyd olunub ki, A. Vəliyev seçicilər ona etimad göstərəcəkləri təqdirdə öz işinin öhdəsindən məsuliyyətlə, yüksək peşəkarlıqla gələcək.
Keçirilən görüşlərdə quru danışığa deyil xalq üçün, əhali üçün faydalı, real işlər görməyə üstünlük veriləcəyi vurğulanıb.