AZ

Harris əksər ştatlarda Trampı qabaqlayır

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki reytinqi yeddi "yelləncək"ştatından beşində keçmiş prezident Donald Trampı bir qədər qabaqlayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu nəticə "Cook Political Report"un sorğusunda qeyd olunub.

Məlumata görə, araşdırma iyulun 26-dan avqustun 2-dək 2867 potensial seçici arasında aparılıb.

Sorğunun nəticələrinə əsasən, bu ştatların sakinlərinin 48%-i Harrisə, 47%-i isə Trampa dəstək verir.

Qeyd edək ki, ABŞ-də ənənəvi olaraq hər hansı partiyanı mütəmadi olaraq dəstəkləməyən və seçkilərdə həlledici əhəmiyyətə malik ştatlar "yelləncək" adlanır.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçiriləcək.


Telegram kanalımız
Seçilən
198
5
yenisabah.az

10Mənbələr