Lənkəran şəhərinin mərkəzində yerləşən fəvvarənin mənzərəsi tənqidlə qarşılanıb.
Pravda.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Lənkəranın mərkəzində yayda xeyli qonağın olduğu vaxt fəvvarənın bu halda olması qəbuledilməzdir.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov və birinci müavin Mikayıl Cəfərzadə tənqid edilib. Qeyd olunub ki, təkcə bu park deyil, digər yerlər də belə baxımsız vəziyyətdədir.
Pravda.az məsələni aydınlaşdırmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə əlaqə saxlayıb.
ŞİH-dən bildirilib ki, yayılan görüntülər həqiqəti əks etdirmir: “Fəvvarə hər gün işləyir, mütəmadi təmizlənir. Görüntülər köhnədir. Belə şey yoxdur. Mümkün deyil. Köhnə görüntüləri mənfi rəy yaratmaq üçün paylaşıblar”.
Aytəkin Qardaşova