AZ

Paşinyan şagirdlərə birinci sərhəd dirəyinin maketini göstərdi

Ermənistan Baş naziri Nikol Paşinyan orta məktəb şagirdləri ilə görüşüb.

News.am xəbər verir ki, hökumət başçısı məktəblilərə bu il Azərbaycanla Ermənistan arasında quraşdırılmış birinci sərhəd dirəyinin maketini göstərib.

“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, - deyə Baş nazir sərhədin delimitasiyası ilə bağlı məlumat verib.

Xatırladaq ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

"Cebheinfo.az"

Seçilən
53
6
cebheinfo.az

10Mənbələr