AZ

Azərbaycanda hotellər COP29-a hazırdır? - Rəsmi CAVAB

Bir neçə ay sonra ölkəmizdə COP-29 tədbiri keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. COP29 ilə əlaqədar on minlərlə şəxsin ölkəmizə gələcəyi gözlənilir. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqlar cəlb edəcək. Bununla əlaqədar ölkəmizdə yerləşən hotellərdə yerləşmə və təhlükəsizliklə bağlı hazırlıqlar davam etdirilir.Dövlət Turizm Agentliyindən cavab olaraq bildirilib ki, Azərbaycan turizm sənayesi COP29-a gələcək xarici qonaqların qarşılanması üçün tam hazırdır: "Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və həmin hotellərdə təkrar audit həyata keçiriləcəkdir".Verilən məlumata görə, Agentlik tərəfindən 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması, eləcə də tədbir müddətində hotellərə dəstək olmaq üçün 1000-ə yaxın turizm könüllüsünə təlimlərin keçirilərək onların müvafiq hotellərə təhkim olunması üzrə proseslər davam edir.

Seçilən
52
1
bolgexeber.az

2Mənbələr