"Səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və yağışlı hava şəraitinin gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir"
Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.