Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.43 ABŞ dolları, yaxud da 1.70 % artaraq 85.54 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 1.27 ABŞ dolları və ya 1.53 % artaraq 84.17 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.