AZ

Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib

Prezident

Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyən fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, sənədə əsasən, 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiq olunub.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Fərmanla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Seçilən
82
49
reyting.az

10Mənbələr