AZ

İnfarkt və insult kimi xəstəliklərdən necə qorunmaq olar?

İnfarkt və insulta səbəb ola biləcək tıxanmış damarlar gənc yaşda inkişaf etməyə başlaya bilər. Lakin yeni araşdırmalar göstərib ki, daha yaxşı həyat tərzi vərdişlərinə sahib olmaq bu ehtimalı azaldır.

"Unikal" xəbər verir ki, sağlam çəki saxlayan, qan təzyiqi və xolesterin səviyyələrinə nəzarət edən insanlarda infarkt və insult riski daha azdır.

Aparılan tədqiqatlar bədən kütləsi indeksi, ümumi xolesterin, şəkər və qan təzyiqinin normal qaydada olması üçün bu üç vərdişin vacib olduğunu göstərmişdir: Pəhriz, fiziki fəaliyyət və siqaretdən imtina.

Normal yuxu rejimi olan insanlarda da bu xəstəliklərin baş vermə riski daha azdır.

Həmçinin, gündə ən az 20 dəqiqə yürüş etmək, fındıq,qoz istehlak etmək,hər gün 2 qaşıq kətan toxumu qəbul etmək, yeməklərinizdə sarımsaq istifadə etmək infarkt və insult kimi xəstəliklərin baş vermə ehtimalını azalda bilər.

Zərifə Nağıyeva 
 

Seçilən
197
50
unikal.az

10Mənbələr