AZ

Azərbaycanın xaricə satdığı təbii qazın 1000 kub metri $343-ə düşüb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 13 milyard 845 milyon 429.23 min kubmetr həcmində təbii qaz ixrac edib və qiymətlər öncəki ildən aşağıdır.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

2023-cü ilin ilk 7 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 755 milyon 767.7 min ABŞ dolları təşkil edib.

Azərbaycan xaricə ixrac etdiyi təbii qazın hər 1000 kub metrini orta statistik olaraq 343.5 dollara ixrac etmiş olub. Bu, 2023-cü ilin eyni dövründə 666 dollar idi.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 3.22 % çox, dəyəri isə 46.77% azdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 29.54 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892.121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22.5 % azalıb, idxal isə 12.9 % artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
banker.az

10Mənbələr