AZ

Xaçmazın ən uzunömürlü sakini vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmazın ən uzunömürlü sakini vəfat edib.
Bizim.media-nın xəbərinə görə, Böyük Vətən müharibəsi veteranı, 101 yaşına yeni keçmiş Məhəmməd Məmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə nəşrə mərhumun gəlini Arzu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, mərhum bir həftədir ki, özünü pis hiss edirmiş.
Qeyd edək ki, Məhəmməd Məmmədov Böyük Vətən müharibəsinin Xaçmazdan sağ qalan yeganə veteranı idi. O, Qroznıdan Berlinədək döyüş yolu keçmişdi.
Mərhum veteranın beş övladı, 23 nəvəsi, beş nəticəsi, iki kötücəsi var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
45
oxu.az

10Mənbələr