AZ

Polşa əsgərləri miqrantlara qarşı silahdan istifadə edə biləcək

Polşa prezidenti Andjey Duda sərhəd əsgərlərinin qeyri-qanuni miqrantlara qarşı silah istifadə etməsinə icazə verən qanunu imzalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə yerli Polşa KİV-ləri məlumat yayıb. 

Polşa Prezidenti Aparatının rəhbəri Malqojata Paproçkaya bildirib ki, bu qanun sərhədi daha yaxşı və effektiv şəkildə qorumaq, o cümlədən Polşa əsgərlərinin təhlükəsizliyini artırmaq imkanı verəcək. 

Polşa parlamenti qanunu iyul ayında qəbul edib. Qanun ölkə ərazisində dinc şəraitdə həyata keçirilən “hərbi əməliyyat” anlayışını müəyyən edir.

Əsgərlərin silahdan istifadəsinə dair qanunvericiliyin dəyişdirilməsinin zəruriliyi ilə bağlı müzakirələr Belarusla sərhəddə sərhədi keçməyə çalışan qanunsuz miqrant tərəfindən bıçaqlanan polşalı əsgərin öldürülməsindən sonra başlayıb.

Ağarza Elçinoğlu 

Seçilən
120
36
unikal.az

10Mənbələr