AZ

Fillips bu dəfə "İpsviç"də

İngilis yarımmüdafiəçi Kalvin Fillips icarə əsasında "İpsviç"də oynayacaq.

İdman.biz xəbər verir ki, o, İngiltərə Premyer Liqasına dönən komanda ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

"Mançester Siti"də möhkəmlənə bilməyən Fillips ötən mövsümün 2-ci yarısını "Vest Hem"də keçirib. O, londonluların heyətində 10 oyunda fərqlənə bilməyib.

Qeyd edək ki, 2022-ci ildə 50 milyon avroya "Lids"dən transfer olunan Kalvinin "Mançester Siti" ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
46
idman.biz

10Mənbələr