Müğənni Sevda Sanaliyeva yenidən oriental rəqsi ilə gündəmə gəlib.
Paytaxt məkanlarının birində səhnə alan keçmiş rəqqasə yenidən bu peşəsi ilə adından söz etdirib.
"Çox pul versələr də, rəqsə qayıtmaram, oynamaram" deyən Sevda möhtəşəm performansı ilə bəyəni toplayıb. Çıxış etdiyi məkanda mahnısını səsləndirən Sanaliyeva rəqsi ilə şousuna əlavə rəng qatıb.
Sosial şəbəkələrdə izləyicilərin bəziləri isə onun kilo aldığını bildirərək, rəqs etməsini düzgün hesab etməyiblər.
Marağa səbəb olan həmin görüntüləri təqdim edirik: