AZ

Rusiyanın Ermənistanın yeni səfirindən gözləntiləri nə olacaq? – DETALLAR

Bir illik müzakirələrdən sonra nəhayət, avqustun 14-də Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edildi. Bir neçə gün əvvəl o, parlamentin mandatından imtina etdi. Dünən onun Birləşmiş İşçi Partiyasının sədri vəzifəsini və partiya üzvlüyünü dayandıracağı məlum oldu. Onun sentyabrın əvvəlində Moskvada olacağı gözlənilir. Və yeni təyin olunmuş səfir Arsenyan çantalarını yığarkən, keçmiş səfir Vaqarşak Arutyunyan isə çamadan əhval-ruhiyyəsində olsa da, həm onun təyinatı, həm də Vaqarşak Arutyunyanın rəyləri Rusiyanın media ekspert icmasında müəyyən maraq doğurub.

KONKRET.az xəbər verir ki, bu fikirləri Serob Marutyan “hraparak.am” saytında yazıb.

Onun sözlərinə görə, rəsmi deyilənlərdən asılı olmayaraq, Rusiya tərəfi hesab edir ki, Arsenyan Ermənistan-Rusiya münasibətlərində gərginliyin azaldılması baxımından böyük nəticələr əldə edə bilməyəcək:

“Onlar haqlıdırlar, çünki siyasəti təyin edən səfir deyil, dövlət başçısı – baş nazirdir. Qurgen Arsenyan şəxsən Ermənistan-Rusiya siyasi münasibətlərinə müsbət töhfə vermək istəsə belə, Moskva onu yenə də Ermənistan-Rusiya münasibətlərini indiki vəziyyətə gətirən komandanın üzvü kimi qəbul edir. Rusiya tərəfinin fikrincə, Arsenyanın Moskvada tamam başqa missiyası olacaq və o, tamam başqa tövsiyələri həyata keçirəcək”.

Müəllif qeyd edib ki, Rusiya Erməniləri İttifaqının Rusiyanın erməni icmasına təsirini zəiflətməyə çalışır:

“Rusiyanın erməni icması ilə Ermənistan arasında mövcud münasibətlər modelini yenidən Paşinyan üçün daha məqbul modelə çevirməyə cəhd edir. Aydındır ki, o, Ermənistanda hakimiyyət orqanları ilə kilsə arasında münasibətlərin vəziyyətini və kimin başçılıq etdiyini nəzərə alaraq Rusiyanın erməni icmasında digər milli-icma əhəmiyyətli strukturların, o cümlədən Erməni Apostol Kilsəsinin nüfuzunu sarsıtmağa çalışacaq.
Vaqarşak Arutyunyan və Paşinyan komandası arasında fikir ayrılığı sonuncunun səfir kimi Belqorod və Kursk vilayətlərinə səfərindən sonra yaranıb. Rusiya mətbuatı xəbər verir ki, Belqorod vilayətinə səfər zamanı hətta raket atəşi ilə bağlı hava xəbərdarlığı elan edilib. Bu səfərlər zamanı Arutyunyan Paşinyanın komandasının bəzi üzvlərinin rusiyapərəst hesab etdiyi və tənqid etdiyi bəyanatlar verib. Buna baxmayaraq, Moskva Vaqarşak Arutyunyanın bu səfərlərini alqışlayıb, lakin bəyan edib ki, Arsenyan fərqli mövqedən çıxış edir, bəzən Türkiyəyönümlü və ya qərbyönlü bəyanatlar verir və Rusiyanı tənqid edir. Vaqarşak Arutyunyanın Belqorod və Kursk vilayətlərinə səfərlərindən sonra Kreml yeni səfir Qurgen Arsenyandan adekvat addımlar və ya heç olmasa Rusiya siyasətinə qarşı demarş kimi qiymətləndirilməyəcək neytral mövqe gözləyir”.

İlkanə Şəvəqqət,

KONKRET.az

Seçilən
147
50
konkret.az

10Mənbələr