AZ

"Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik"

Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.

“Bildiyiniz kimi qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən beş saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
22
demokrat.az

10Mənbələr