AZ

Rusiya Xəzərdən bizi bu raketlərlə vura bilər - Kapitan

Qara dənizdə hələ də Ukraynanı təhdid edə biləcək üç kateqoriya Rusiya hərbi gəmiləri var. Əsas təhlükəni "Kalibr" raketdaşıyıcıları yaradır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı, Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko deyib.

"Müharibə başlayandan bəri Ukrayna üç "Kalibr" gəmisini məhv etdi - "Rostov-Don" sualtı qayığı və "Karakurt" sinifli iki korvet. Digər hərbi gəmilər döyüş vəziyyətindədir. Hazırda onlar əsasən Novorossiyskdə yerləşirlər. Rusların inşa etdiyi yeni "Karakurt"ların Azov dənizində olması barədə məlumat var. İndi Qara dənizdəki bütün gəmilərdəki "Kalibr" raketlərinin ümumi sayı 50 ola bilər", - deyə Rıjenko vurğulayıb.

O bildirib ki, bura Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının "Kalibr" raketlərinə malik dörd gəmisini də əlavə etsək, bu, əlavə 32 raket deməkdir:

"Başqa sözlə, ümumilikdə 82 "Kalibr". Yəni Rusiyanın bu imkanları var. O ayrı məsələ ki, niyə "Kalibr"lə zərbə endirmirlər. Sonuncu dəfə "Kalibr" raketləri ilə kütləvi hücum ötən ilin avqustunda olub. 20 ədəd "Kalibr" atmışdılar, biz onların əksəriyyətini vura bildik. İndi bu əsas gəmilər Ukrayna üçün təhdiddir".

O qeyd edib ki, Ukrayna üçün hipotetik təhlükə yarada bilən Rusiya hərbi gəmilərinin ikinci kateqoriyası desant, 3-cü kateqoriyası raket və akvatoriya mühafizəsi gəmiləridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
35
22
milli.az

10Mənbələr