Ukrayna ordusu Kurska niyə girdi? - Zelenski açıqladı
Ukrayna ordusunun Kursk vilayətindəki əməliyyatının məqsədi Rusiya ərazisində bufer zonanın yaradılmasıdır.BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib. Qeyd edək ki, Ukrayna silahlı bölmələrinin Kursk vilayətinə hücumu nəticəsində bir neçə yaşayış məntəqəsi ələ keçirilib.