AZ

İRİA-ya sədr müavini təyin olundu

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" (İRİA) publik hüquqi şəxsin İdarə Heyətinə yeni sədr müavini təyin olunub.

Bu barədə Day.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Şahin Əliyev təyin edilib.

Qeyd edək ki, Şahin Əliyev bundan əvvəl Agentliyin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
6
day.az

10Mənbələr