AZ

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Pakistan və Filippindən sonra Tayland, əsasən Qərbi Afrikada mövcud olan meymunçiçəyi virusuna yoluxma halını aşkar edən üçüncü Asiya ölkəsidir.

Bakıvaxtı.az Fransanın “Lemonde.fr” saytına istinadən xəbər verir ki, bu barədə Taylandın xəstəliklərə nəzarət departamentinin direktoru Tonqşe Keratihattayakorn Banqkokda «mpox» bağlı mətbuat konfransı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu, Taylandda ilk “mpox” hadisəsidir:

“Xəstəxanada karantinə alınan xəstə Afrika ölkəsindən gələn avropalıdır”.

Qeyd edək ki, Tayland “mpox” hadisəsi qeydə alınan yeganə Asiya ölkəsi deyil: Belə ki, Pakistan və Filippin də müvafiq olaraq yoluxma halını elan edib.

Virusun yayılması Ümumdünya Səhiyyə Təşkilatının davam edən “mpox” epidemiyasını beynəlxalq narahatlıq doğuran virus elan etməsindən bir neçə gün sonra baş verib .

Aydın Baxış

Seçilən
172
35
bakivaxti.az

10Mənbələr