AZ

Anar Məmmədli və İmran Əliyevin həbs müddəti daha 3 ay uzadılıb

Bu gün Bakının Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ilkin həbs müddətini daha 3 ay uzadıb. 

Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, həbs müddətinin uzadılması istintaq orqanının müvafiq sorğularına cavabların gözlənilməsi ilə əsaslandırılıb.

Öz növbəsində, müdafiə tərəfi Məmmədlinin həbsdə saxlanılması zərurəti olmadığını qeyd edib, belə ki, onun təqibi hüquq müdafiə və ictimai fəaliyyəti ilə bağlıdır. Bununla belə, müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Lakin məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib və Məmmədlinin həbs müddətini noyabrın 27-nə qədər uzadıb.

Elə bu gün Xətai Rayon Məhkəməsi bu işin daha bir fiqurantı - meclis.info platformasının rəhbəri İmran Əliyevin həbs müddətini üç ay uzadıb.

Məmmədli və Əliyev bu ilin aprel ayında Abzas Media-nın işi üzrə həbs edilib. Lakin sonradan onların işləri ayrıca icraata ayrılıb. Hər ikisi xarici valyuta qaçaqmalçılığında ittiham olunur. Onlar bu ittihamları təkzib edirlər. Hüquq müdafiəçiləri hər ikisini siyasi məhbus kimi tanıyıb.

Seçilən
100
turan.az

1Mənbələr