2024-cü ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, dövriyyənin həcmi 828,0 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,6 faizini təşkil edib.