AZ

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Şirvanda

Şirvan, 23 avqust , Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan əldə etdiyi məlumata görə, qəza nəticəsində piyada ölüb. Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Chery” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
azertag.az

10Mənbələr