AZ

Maliyyə menecerləri üçün seminar keçirilib

AFFA-nın inzibati binasında Maliyyə və Mühasibatlıq Departamenti tərəfindən I Liqa və II Liqada çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Apasport.az xəbər verir ki, seminarda AFFA tərəfindən ayrılan vəsaitin şəffaf xərclənməsi, kənarlaşmalara yol verilməməsi və hesabatların vaxtında təqdim olunması mövzusunda müzakirələr aparılıb.

Həmçinin, seminarda maliyyə vəsaitinin xərclənməsinə dair tələb olunan aylıq maliyyə hesabatlarının nümunələri klub nümayəndələrinə təqdim edilib.

Tədbirin sonunda klub nümayəndələri ilə Maliyyə və Mühasibatlıq Departamentinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşib

Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılıblar

İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb

U-23 millimiz dünya çempionatına qatılacaq

UEFA "Qarabağ"la matç öncəsi qadağanı ləğv etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
10
apasport.az

10Mənbələr