AZ

Vəkillər Kollegiyasının yeni Aparat rəhbəri kimdir?

Xəbər verdiyimiz kimi, Orxan Babayev Vəkillər Kollegiyasına yeni Baş katib (Aparat rəhbəri) təyin olunub. 

İqtisadiyyat.az xəbər verir ki, o, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.

O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib.

2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev Baş katib təyinatınadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb. 

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, bir övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
20
iqtisadiyyat.az

10Mənbələr