AZ

“Seçicilərin rahat və azad seçim etmələri üçün seçki məntəqəsində bütün şərait formalaşdırılıb”

"125 saylı Zəngilan – Qubadlı Dairə Seçki Komissiyası 63 saylı seçki məntəqəsi bu ilin fevralında keçirilən prezident seçkiləri ərəfəsində yaradılıb. Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilər isə məntəqimiz üçün ilk parlament səsəverməsi kimi əhəmiyyət daşıyır".

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 125 saylı Zəngilan – Qubadlı Dairə Seçki Komissiyası 63 saylı Məntəqə Seçki Komissiyasının sədri Akif Mirzəyev deyib. O bildirib ki, seçki məntəqəsi Qubadlı rayonu Xanlıq kəndində “Polat Yol” şirkətinin inzibati binasında yerləşir.

"Seçki məntəqəmiz Balasoltanlı, Mahruzlu, Seytas, Xanlıq, Xəndək kəndlərinin, o cümlədən, Qubadlı şəhərinin inzibati ərazisini əhatə edir. Seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər. Seçicilərin rahat və azad seçim etmələri üçün seçki məntəqəsində bütün şərait formalaşdırılıb. Qanunvericiliyə əsasən, səsvermə prosesi ilə bağlı maarifləndirici materiallar da lazımi ərazilərdə yerləşdirilib", - deyə A.Mirzəyev əlavə edib.  

Seçilən
148
35
yeniazerbaycan.com

10Mənbələr