Bu yay "Los Anceles Qalaksi"yə keçən Almaniya millisinin üzvü Marko Roysun MLS-də debütü uğurlu alınıb.
Fanat.Az xəbər verir ki, ulduz yarımmüdafiəçi "Atlanta Yunayted" ilə matçda komandasının 2:0 hesablı qələbəsində əsas pay sahibi olub.
O, 62-ci dəqiqədə oyuna əvəzetmədən qoşulub. Roys 76-cı dəqiqədə hesabı açan komanda yoldaşı Puçun fərqləndiyi epizodda məhsuldar ötürmə müəllifi olub. 84-cü dəqiqədə isə alman yarımmüdafiəçi özü fərqlənib və yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, "Los Anceles Qalaksi" 27 turdan sonra 52 xalla zirvədə qərarlaşıb.