AZ

SOCAR-a qarayaxma kampaniyası: Azərbayan-Ukrayna əlaqələrinə zərbə vurmağa çalışanlar kimlərdir ?-ANALİZ

Rusiya Prezidentinin Azərbaycana səfəri və SOCAR-ın Qazpromla razılaşmasından sonra Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyaların şahidi oluruq. Belə ki, Ukraynada SOCAR-ın boykot edilməsi tələbini irəli sürürlər. Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar göz önündədir. Azərbaycanın xarici siyasəti dövlətin maraqlarına söykənir və Azərbaycan özünün siyasətini müstəqil şəkildə qurur. Eyni zamanda Azərbaycanın heç kəsə borcu, öhdəliyi yoxdur.
Azərbaycanın 30 il torpaqları  işğal altında olduğu zaman heç kəsdən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görmədiyi halda bu gün SOCAR-ın Qazpromla razılaşmasına görə Azərbaycan şirkətinə qarşı kampaniyaya başlamaq absurddur. Çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb və buna görə pul alır.


Son zamanlar Ukraynada bəzi ağılsız və düşüncəsiz şəxslərin Azərbayan-Ukrayna əlaqələrinə zərbə vurmağa başladığını deyən iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Ukraynanın ağıllı və müdrik ictimai fikir liderləri bu kampaniyanın böyüməsinə imkan vermədilər:

“Amma düşünürəm ki, cəhdlər davam edəcək. Əsas etiraz doğuran ukraynalıların beynini qarışdıran məsələ SOCAR-ın “Qazprom”-la bağladığı müqavilələrdir. Ukraynada bəziləri, əsasən də Ermənistanla yaxınlığı ilə seçilənlər bunu “xəyanət” kimi təqdim etməyə və ictimai fikri çaşdırmağa çalışdılar. Həqiqət budur ki, Azərbaycandan daha çox qaz istəyən, Ukraynaya böyük dəstək verən Avropadır. Avropa Birliyi ölkələri və strukturları Azərbaycandan 2027-ci ildə 20-21 mlrd. m3 qaz almaq istəyirlər. Bizim isə o qədər qaz ehtiyatımız yoxdur. AB də bunu gözəl bilir və  hələ bizim Gürcüstan və Türkiyə qarşısında da ümumən 6-8 mlrd. m3 arası illik qaz satmaq öhdəliyimiz var. Ona görə də, əlavə mənbəələrə ehtiyac yaranıb və Türkmənistan-İran-Azərbaycan revers müqaviləsi var idi, indi də Rusiyadan əlavə daxili ehtiyaclarımız üçün qaz almalıyıq. Daha sonra sərbəst qalan öz qazımızı da AB-ya satmaq kimi niyyətimiz var. AB ölkələri və qurumlarının özləri bunda maraqlıdırlar”.


Ekspert qeyd edib ki, Azərbaycanın Rusiyadan çox ucuz qaz alıb, öz ehtiyacını ödəyib, daha sonra isə AB-ya daha çox qaz satması elə Ukraynanın da marağındadır:
“Rəsmi Kiyev yaxşı bilir ki, qaz məsələsi AB üçün həssas məsələdir. 2 ildən çoxdur ki, Rusiya Ukraynaya təcavüz edib, işğal edir, bombalayır, dinc əhalini qırır. Amma Ukrayna ərazisindən boru ilə Rusiya qazı kəsintisiz olaraq Avropaya nəql edilir. Yəni, Ukrayna öz ərazisindən keçən Qazprom qazına etiraz edə bilmirsə və şərait yaradırsa, SOCAR-la Rusiyanın qaz anlaşmasına niyə etiraz etməlidir?”.
Seçilən
203
26
sherg.az

10Mənbələr